Pezeşkian: Qonşu ölkələr, eləcə də Azərbaycanla əlaqələri möhkəmləndirmək İran üçün prioritetdir

Region

İran hakimiyyəti xarici siyasətdə qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkiyə, Türkmənistan, Əfqanıstan, Pakistan və Fars körfəzi sahilində yerləşən dövlətlərlə münasibətlərin möhkəmləndirilməsinə üstünlük verir.

“Report” “Mehr news” agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian bildirib.