Türkiyədə başlayan yanğın genişlənərək meşəyə keçib

Region

Türkiyədə kənd təsərrüfatı təyinatlı ərazidə başlayan yanğın genişlənərək meşəyə keçib.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Aydın vilayətində qeydə alınıb.

Məlumata görə, hazırda yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində işlər görülür.

Bu məqsədlə əraziyə 360 nəfərlik şəxsi heyətlə yanaşı, 119 nəqliyyat vasitəsi, o cümlədən səkkiz helikopter və altı təyyarə cəlb olunub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir