Nazir: Türkiyədə prezident seçkiləri 2027-ci ildə keçirilə bilər

Region

Türkiyədə növbədənkənar prezident seçkiləri keçirilə bilər.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu danışıb.

“Qarşıdan prezident seçkiləri gəlir. Seçkilər 2027-ci ildə olacaq. Mən belə düşünürəm”, – nazir qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl seçkilərin öz vaxtında – 2028-ci ildə keçiriləcəyini bildirmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir