Kamçatkada yenidən güclü zəlzələ baş verib

Region

Kamçatka sahillərində 6 bal gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumata görə, zəlzələ rayon mərkəzindən 234 km aralıda, 64,8 km dərinlikdə baş verib.

Xatırladaq ki, avqustun 4-də Kamçatkada 5,7 bal gücündə yeraltı təkan qeydə alınmışdı.

Zəlzələlər fonunda Kraseninnikov vulkanı püskürmüş, sakinlər üçün avqustun 10-a qədər fəaliyyət göstərməsi planlaşdırılan müvəqqəti yerləşdirmə məntəqələri yaradılmışdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir