Həbsdə olan din xadimi Paşinyanın partiyasından olan deputatı məhkəməyə verib

Region

Həbs edilmiş arxiyepiskop Baqrat Qalstanyan hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Vaqarşak Akopyanı məhkəməyə verib.

“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə “datalex.am” saytında məlumat verilib.

Qalstanyan deputatdan böhtan və təhqirə görə 3 milyon dram (7,5 min dollar) tələb edir.

Daha əvvəl Qalstanyanın vəkili ictimai təhqir və böhtana görə səhiyyə naziri Anait Avanesyanı, baş nazir aparatının rəhbəri Araik Arutyunyanı, ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanı, İctimai Televiziyanın aparıcısı Petros Kazaryanı, “Vətəndaş müqaviləsi” partiyasının deputatları Asmik Akopyanı və Vaaqn Aleksanyanı, eləcə də daha beş ictimai və siyasi xadimi məhkəməyə verib.

Spread the love