Kreml Rusiya ilə ticarətdən imtinaya məcbur etmək cəhdlərini pisləyib

Region

Rusiya müxtəlif ölkələri onunla ticarət əlaqələrini dayandırmağa məcbur etmək cəhdlərini qanunsuz hesab edir.

“Report”un yerli KİV-lərə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hər kəs ticarət tərəfdaşlarını sərbəst seçmək hüququna malik olmalıdır.

“Biz faktiki olaraq təhdid təşkil edən, eləcə də ölkələri Rusiya ilə ticarət əlaqələrini dayandırmağa məcbur etmək cəhdləri olan çoxsaylı bəyanatlar eşidirik. Belə bəyanatları qanuni hesab etmirik”, – o bildirib.

Qeyd edək ki, daha əvvəl ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uiteker Ukraynada döyüş əməliyyatlarının dayandırılmasına nail olmaq üçün Birləşmiş Ştatların Çin, Hindistan və Braziliyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu bəyan edib.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir