İranda Əli Laricani Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi təyin edilib

Region

İran Prezidenti Məsud Pezeşkian Əli Laricanini İran Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edib.

“Report” İRNA-ya istinadən xəbər verir ki, prezident bu barədə müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, Əli Laricani bundan əvvəl İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xaməneinin müşaviri vəzifəsini tutub.