
Gürcüstan, Azərbaycan, Ermənistanda sülh bölgədə yaşayan xalqların əsrlər boyu arzuladığı vəziyyətdir və bu gün bu hədəf Vaşinqtonda Azərbaycan və Ermənistan liderlərinin, eləcə də ABŞ Prezidenti Donald Trampın səyləri sayəsində reallığa çevrilməkdədir.
Bunu “Report”un yerli bürosuna Gürcüstanın tanınmış eksperti, politoloq Gia Abaşidze deyib.
O qeyd edib ki, sülhə gedən yol uzun olsa da, bunu həyata keçirmək mümkündür:
“Münaqişələr və müharibələr irəliyə aparan yol deyil. İrəliyə aparan yol – sülh, rifah və sabitlikdir. Bu baxımdan, Gürcüstan üzərindən keçən dəhlizə alternativ olan Zəngəzur nəqliyyat dəhlizinin açılması, eləcə də Cənubi Qafqazdan keçən bütün bu nəqliyyat marşrutları xalqlarımızın rifahı, iqtisadi inkişafı və gələcək perspektivləri üçün böyük əhəmiyyət daşıyır,” – deyə Abaşidze bildirib.