
Türkiyənin Çanaqqala şəhərində hava limanının qarşısındakı açıq ərazidə baş verən yanğının törədilməsində dörd nəfər şübhəli şəxs qismində saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.
Həmçinin hadisənin törədilməsində istifadə olunduğu ehtimal edilən qara avtomobil aşkarlanıb.
Qeyd edək ki, yanğınla əlaqədar olaraq bir çox təhlükəsizlik tədbirləri görülüb, o cümlədən Çanaqqala boğazı bağlanıb. Həmçinin üç kənd, dövlət xəstəxanası və qocalar evi təxliyə olunub.
Hadisənin səbəbi hələ ki, məlum deyil.
Türkiyənin Çanaqqala şəhərində hava limanının qarşısındakı açıq ərazidə yanğın başlayıb.
“Report” xəbər verir ki, “TRT “Haber” məlumat yayıb.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi hadisə ilə əlaqədar olaraq aeroportun fəaliyyətinin müvəqqəti dayandırıldığını bildirib.
Qeyd olunub ki, Türkiyə saatı ilə 20:00-da (Bakı vaxt ilə 19:00) aeroportun fəaliyyəti bərpa ediləcək.
Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Hadisənin səbəbi məlum deyil.
“Haber Global”ın yaydığı məlumata əsasən, yanğınla əlaqədər üç kənd təxliyə olunub.
Çanakkale Onsekiz Mart Universietinin rektoru Cüneyt Erenoğlu yanğının miqyasının çox böyük olduğunu bildirib.
Məlumata görə, Çanaqqala boğazı da ikitərəfli bağlanıb.
“Habertürk” isə bildiri ki, ərazidəki dövlət xəstəxanası və qocalar evi də təxliyə olunub.
Qeyd olunub ki, bir yanğınsğndürən maşın yanıb.
İnsanlar artıq evlərdən çıxmağa başlayıblar.
Yanğının söndürülməsi üçün əraziyə səkkiz təyyarə, dörd helikopter, 46 sudaşıyan maşın və 272 nəfərlik şəxsi heyət cəlb olunub.