Alen Simonyan: Cənubi Qafqazda daha müharibə olmayacaq

Region

Cənubi Qafqazda daha müharibə olmayacaq, regionda kommunikasiyalar açıq olacaq.

“Report” xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan “X” sosial şəbəkəsindəki səhifəsində Azərbaycan və Ermənistan bayraqları olan fotonu paylaşaraq yazıb.

“Daha müharibə olmayacaq. Regionda bütün yollar və sərhədlər açıq olacaq. İqtisadiyyatımız nəfəs alacaq”, – Simonyan yazıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir