Çexiya XİN başçısı Ukraynada səfərdədir

Region

Çexiyanın xarici işlər naziri Yan Lipavski Ukraynaya rəsmi səfərə gedib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, o, bu barədə “X” hesabında yazıb.

“Mən altıncı dəfədir ki, Ukraynaya aydın mesajla gəlirəm – Çex Respublikası ukraynalılara dəstəkdən imtina etməyəcək”, – o vurğulayıb.

Qeyd olunub ki, Çexiya üçüncü ölkələrdən Ukrayna üçün artilleriya mərmilərinin alınması təşəbbüsünü irəli sürüb. Bu yaxınlarda hər iki ölkə 155 mm kalibrli artilleriya sursatlarının birgə istehsalı barədə razılığa gəlib.