Gürcüstan Prezidenti sabah Türkiyəyə səfər edəcək

Region

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili sabah Türkiyəyə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə həyata keçiriləcək.

Səfər çərçivəsində Türkiyə – Gürcüstan ikitərəfli əməkdaşlığının bütün sahələrinin inkişaf etdirilməsi üçün atılacaq addımlarla yanaşı, aktual regional və qlobal hadisələr barədə fikir mübadiləsi aparılacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir