Lavrov və Rubio Putin-Tramp görüşünə hazırlığı müzakirə edib

Region

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio telefon danışığında iki ölkə liderlərinin avqustun 15-də Alyaskada keçiriləcək görüşünə hazırlığı müzakirə ediblər.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Avqustun 12-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub. Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında avqustun 15-də Alyaskada keçiriləcək görüşə hazırlığın müəyyən aspektləri ətrafında müzakirə aparılıb”, – qurumdan bildirilib.

Tərəflər Rusiya-Amerika sammitinin Alyaskada uğurla keçirilməsinə kökləndiklərinə sadiqliklərini təsdiqləyiblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir