Qırğızıstan-Özbəkistan sərhədindəki keçid məntəqəsi bağlanıb

Region

Qırğızıstan və Özbəkistan sərhədindəki “Otukçu” keçid məntəqəsi müvəqqəti bağlanıb.

“Report” xəbər verir ki, bu barədə Özbəkistan KİV-ləri Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə istinadən məlumat yayıb.

Bununla əlaqədar vətəndaşlar saat 07.00-dan 23.00-dək fəaliyyət göstərən “Apkan” sərhəd məntəqəsinə yönləndiriləcəklər.

Keçid məntəqəsi güclü su axınları nəticəsində “Otukçu” və “Tul” keçid məntəqələri arasındakı körpünün dayaqlarının yuyulması ilə əlaqədar olaraq bağlanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir