Zelenski: Rusiyanın müharibəni başa çatdırmaq niyyətində olduğunu göstərən heç bir əlamət yoxdur

Region

Ukrayna Prezidenti Volodimir Zelenski tərəfdaşlarla müharibənin başa çatdırılması ilə bağlı bir sıra məsləhətləşmələr apardığını bildirib.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bu günlərdə tərəfdaşlarla 30-dan çox danışıq və məsləhətləşmə olub. Bu müharibəni bitirmək, ədalətli sülh naminə Rusiyaya təzyiq göstərmək, Rusiyanın yalana əl atmasına yol verməmək üçün Ukraynanın, tərəfdaşlarımızın təcrübəsindən istifadə etmək lazımdır”, – o qeyd edib.

V.Zelenskinin sözlərinə görə, hazırda Rusiya tərəfinin müharibəni başa çatdırmağa hazırlaşdığını göstərən heç bir əlamət yoxdur.

“Bizim – Ukrayna, Birləşmiş Ştatlar, Avropa, sülh istəyən bütün ölkələrin birgə səyləri və addımları Rusiyanı sülhə məcbur edə bilər”, – o əlavə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir