
Türkiyənin xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanı, Qətər, İraq kimi ölkələrə Suriyaya dəstək üçün çağırış edib.
“Report” xəbər verir ki, bu barədə o, suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə mətbuat konfransında danışıb.
Türkiyə XİN başçısı vurğulayıb ki, Suriyada xalqın təhlükəsizliyi və azadlığı əsas prioritetdir:
“Suriyadakı qardaşlarımızın məhz buna ehtiyacı var və biz əməkdaşlıq içində olduğumuz ölkələrlə birlikdə buna nail olmalıyıq. Lakin, şübhəsizdir ki, bölgədəki bütün ölkələr bunu istəmir. Suriyanın yenidən ayağa qalxması üçün aramızdakı əməkdaşlığı davam etdirməliyik”.
MƏLUMAT YENİLƏNİR…