Papuaşvili: Alyaska görüşü göstərdi ki, Ukrayna müharibəsi əslində Rusiya ilə Qərb arasında gedir

Region

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ABŞ və Rusiya prezidentlərinin Alyaskada baş tutan görüşünü şərh edib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bu barədə sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Donald Trampın fikri ilə razılaşıb ki, Ukrayna müharibəsinin qarşısını almaq mümkün idi.

Papuaşvili bildirib ki, “bu razılıq bir daha sübut edir: müharibə əslində Rusiya ilə Qərb arasında gedir və xarici qüvvələr Gürcüstanı da bu qarşıdurmaya cəlb etməyə çalışırdılar”.

“Əgər sülh mümkün idisə və ABŞ prezidentinin prosesə təsir imkanları var idisə, bu, birbaşa təsdiq edir ki, münaqişə Rusiya ilə Qərbin savaşına çevrilmişdi. Bu həm də izah edir ki, 2022-ci ildə Gürcüstanda niyə müharibə başlamadı – çünki ölkədə 2008-ci ildəki kimi marionetlər deyil, vətənpərvərə rast gəldilər,” – deyə parlament sədri qeyd edib.

Spiker həmçinin xatırladıb ki, 2021-ci ilin oktyabrında keçirilən seçkilər öncəsi xarici qüvvələr Mixeil Saakaşvilini gizli şəkildə ölkəyə qaytararaq zorakı hakimiyyət dəyişikliyinə cəhd göstərmişdilər. Onun fikrincə, məqsəd Gürcüstanı qlobal qarşıdurmanın “şahmat taxtasında qurban piyada”ya çevirmək idi.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir