Pezeşkian gələn həftə Ermənistana və Belarusa rəsmi səfər edəcək

Region

İran Prezidenti Məsud Pezeşkian gələn həftə Ermənistana və Belarusa rəsmi səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri İran Prezidentinin müşaviri Mehdi Sənaiyə istinadən məlumat yayıb.

“Prezident Pezeşkianın Ermənistana və Belarusa səfəri iki gün davam edəcək”, – o bildirib.

Müşavirin sözlərinə görə, səfərin məqsədlərindən biri qeyd olunan ölkələrlə xüsusilə işgüzar sahədə ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, eləcə də sənədlərin imzalanmasıdır.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir