İstanbulda avtobusun aşması nəticəsində ölənlərin sayı artıb – YENİLƏNİB

Region

İstanbulda Şimali Mərmərə magistralında avtobusun aşması nəticəsində ölənlərin sayı dördə çatıb.

“Report” xəbər verir bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, 26 nəfər yaralanıb.

Xəsarət alanlardan 24-nün müalicəsi davam edir, ikisi isə evə buraxılıb.

İstintaq çərçivəsində sürücü saxlanılıb.

İstanbulda Şimali Mərmərə magistralında avtobus aşıb: üç nəfər ölüb, 20 nəfər xəsarət alıb.

Bu barədə “Report” “TRT Haber”ə istinadən xəbər verir.

“Yerli vaxtla saat 06:15 radələrində Tokatdan Tekirdağa gedən nəqliyyat vasitəsi Sancaktepe Paşaköy bölgəsində sürücünün idarəetməni itirməsi nəticəsində maneəyə çırpılıb”, – məlumatda bildirilib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.

Qəza ilə bağlı araşdırma başladılıb.