İran və Ermənistan arasında 10 anlaşma memorandumu imzalanacaq – YENİLƏNİB

Region

İran Prezidenti Məsud Pezeshkian və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında İrəvanda aparılan danışıqların nəticəsi olaraq 10 anlaşma memorandumunun imzalanması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana ilk dəfə rəsmi səfərə gələn İran Prezidenti Məsud Pezeşkianı qarşılayıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Təntənəli qarşılanma mərasimi Paşinyanın iqamətgahında keçirilib.

Qeyd olunub ki, daha sonra hər iki ölkənin nümayəndələrinin iştirakı ilə genişləndirilmiş iclas keçiriləcək, sonra Ermənistanın Baş naziri və İran Prezidenti mətbuata bəyanatlarla çıxış edəcəklər.

M.Pezeşkian Ermənistana dünən gəlib. Uçuşdan əvvəl o bildirib ki, İrəvana səfərinin əsas mövzusu “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı olacaq. Prezident həmçinin qeyd edib ki, “Şərq-Qərb” marşrutu ticarət üçün mühüm platforma ola bilər.

Onun sözlərinə görə, Ermənistanla energetika, nəqliyyat, investisiya, səhiyyə və turizm sahələrində əməkdaşlığın inkişafı məsələləri nəzərdən keçiriləcək.