
İranda GPS siqnallarının və tezlik spektrlərinin işindəki fasilələr təhlükəsizlik problemləri, o cümlədən dronların mümkün mövcudluğu ilə bağlıdır.
“Report” “Al-Arabiya”ya istinadən xəbər verir ki, bunu İranın informasiya və kommunikasiya texnologiyaları naziri Səttar Haşemi bildirib.
O, fasilələrin həm rabitəyə, həm də bu xidmətlərdən asılı olan biznesə təsir etdiyini etiraf edib.
“Təbii ki, belə problemlər əhaliyə xidmətlərin göstərilməsində çətinliklər yaradır”, – o qeyd edib.
Haşeminin sözlərinə görə, hazırda vətəndaşlara xidmət keyfiyyətini yaxşılaşdırmaq məqsədilə problemin tədricən həlli üçün səylər göstərilir və məsləhətləşmələr aparılır.