Ukraynanın AŞ-dəki yeni daimi nümayəndəsinin adı məlum olub

Region

Ukrayna Prezidenti Volodimir Zelenski sabiq mədəniyyət naziri Nikolay Toçitskini ölkəsinin Avropa Şurasındakı daimi nümayəndəsi təyin edib.

“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, Volodimir Zelenski bununla bağlı fərman imzalayıb.

“Toçitski Nikolay Stanislavoviç Ukraynanın Avropa Şurasındakı daimi nümayəndəsi təyin edilsin”, – sənəddə qeyd edilib.

V.Zelenski digər fərmanla bu vəzifəni tutan Boris Tarasyuku işdən azad edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir