Rusiyada zavodda partlayış nəticəsində ölənlərin sayı 26-ya çatıb

Region

Rusiyanın Ryazan vilayətinin Şilovski rayonundakı “Elastik” zavodunda barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə regional əməliyyat qərargahı məlumat yayıb.

Məlumata görə, 30 nəfər (Ryazanda 15, Moskvanın tibb mərkəzlərində 15) stasionar, 109 xəstə isə ambulator müalicə alır. Meyitlərin kimə məxsus olması ilə bağlı araşdırmalar davam etdirilir, lazımi ekspertizalar aparılır.

“Lesnoy qəsəbəsi hüdudlarında fövqəladə vəziyyət rejimi qüvvədə qalmaqda davam edir. Fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir, o cümlədən müəssisənin ərazisində işlər gedir”, – qərargahdan əlavə edilib.

Qeyd edək ki, daha əvvəl 25 nəfərin öldüyü bildirilirdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir