Egey dənizi sahillərində kiçikhəcmli gəminin batması nəticəsində itkin düşən iki uşaq xilas edilib – YENİLƏNİB

Region

Türkiyənin Muğla vilayətinin Egey dənizi sahillərində kiçikhəcmli gəminin batması zamanı itkin düşən iki uşaq xilas edilib.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, uşaqlar sahilə yaxın ərazidə aparılan axtarış-xilasetmə komandaları tərəfindən qurtarılıb. Onlar dərhal yaxınlıqdakı xəstəxanaya aparılıblar.

Xatırladaq ki, batan gəminin göyərtəsindəki digər altı nəfər üzərək sahilə çıxmışdılar.

Türkiyənin Muğla vilayətinin Egey dənizi sahillərində kiçikhəcmli gəmi batıb.

“Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, gəminin göyərtəsində 8 nəfər olub. Onlardan 6-sı üzərək sahilə çıxmağı bacarsa da, 2 uşaq itkin düşüb. Hazırda onların axtarışı davam etdirilir.

Muğla valisi İdris Akbıyık deyib ki, axtarış işlərinə 1 helikopter, 3 qayıq, 2 dalğıc qrupu cəlb olunub.