Erməni deputatın və “Müqəddəs mübarizə” hərəkatının üzvlərinin həbs müddəti üç ay uzadılıb

Region

İrəvan məhkəməsi parlamentin “Ermənistan” fraksiyasından olan deputatı Artur Sarkisyanın həbs müddətini üç ay uzadıb.

“Report” Ermənistan mediasına istinadən xəbər veri ki, hakim Karen Farxoyan Sarkisyanın istintaqın gedişinə müdaxilə etmək riskinin olmasını və alternativ qətimkan tədbirinin səmərəli olmayacağına qərar verib.

Daha əvvəl hakim “Müqəddəs mübarizə” iştirakçılarına qarşı iş üzrə digər təqsirləndirilən şəxslərin – Lidiya Mantaşyan, arxiyepiskop Baqrat Qalstanyan, Arman İsraelyan və Vaaqn Çaxalyanın da həbs müddətini üç ay uzadıb.