“ASAN Xidmət”də çalışan qızın qaçırılmasının TƏFƏRRÜATI

Ağcabədidə 30 yaşlı qız qaçırılıb.

Ağcabədi rayon Taxta Körpü qəsəbəsində məskunlaşan İbrahimova Tutu İdris qızı 7 mart 2022-ci il tarixində öz şəxsi avtomobili ilə Ağcabədi “ASAN Xidmət” Mərkəzindən işdən çıxıb evə gedərkən, qarşısını kəsən şəxs və ya şəxslər tərəfindən qaçırılıb.

T. İbrahimovanın anası Sahibə İbrahimova Ria24.az-ya bildirib ki, onların şübhələrinə görə, övladlarını yaxın qohumluq əlaqələri olan Qeys Cabbarov adlı şəxs qaçırıb. Lakin istər qızın, istərsə də oğlanın telefonlarının söndürülməyi ailəni daha çox narahat edir.

Qızın anası onu da deyib ki, T. İbrahimovanı qaçıran şəxs onun avtomobilini vurub əzdikdən sonra qaçırıb.

***

22:00

Ağcabədidə “ASAN Xidmət” Mərkəzinin qadın əməkdaşı qaçırılıb.

Hadisə martın 7-də qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü qızın qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

***

Qaçırılan qız “ASAN Xidmət” Mərkəzində çalışan “Azərişıq” ASC-nin əməkdaşıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.