Tovuzda azyaşlını avtomobil vurdu

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Heydər Əliyev prospektində qeydə alınıb.
2009-cu il təvəllüdlü Əli Ayvazov yolu keçmək istəyən zaman onu “VAZ 2107” markalı minik maşını vurub. Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir