BP: Azərbaycanda mühəndis-layihələndirmə işləri üzrə iki irihəcmli müqavilə imzalanıb

Sənaye və energetika

BP şirkəti “Şahdəniz” qaz və kondensat yatağının işlənməsi layihəsinin və Səngəçal terminalının operatoru kimi mühəndis-layihələndirmə işləri üzrə iki irihəcmli müqavilənin imzalandığını açıqlayıb.

Bu barədə “APA-Economics” şirkətə istinadən xəbər verir.

“Müfəssəl mühəndis-layihələndirmə və təchizat xidmətlərini əhatə edən bu müqavilələr SOCAR-KBR birgə müəssisəsinə verilib. Bu podratçı müqavilələri “Şahdəniz Kompressiya” (ŞDK) və Səngəçal Terminalının Elektrikləşdirilməsi (STEL) layihələrinin icrası üçün mühüm bir mərhələdir”, – məlumatda qeyd olunur.