Azərbaycanda bu il 22,5 mlrd. manatlıq neft və qaz hasil olunub – CƏDVƏL

Sənaye və energetika

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22 520,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3% azalıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, qeyd olunan ümumi göstəricidən 20 629 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 3,2% azdır.

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

Fəaliyyət növlərinin adı

2025-ci ilin yanvar- iyul aylarında istehsal edilmişdir, milyon manat

Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə

Mədənçıxarma sənayesi

22 520,9

96,7

Xam neft və təbii qaz hasilatı

20 629

96,8

Metal filizlərinin hasilatı

360,9

164,9

Mədənçıxarma sənayesinin digər sahələri

121

113,8

Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi

1 410

84

Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 15 996,9 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 22 551 mln. kub metr təşkil edib.

Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 0,2% artıb.

Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:

Məhsul növləri

2025-ci ilin yanvar-iyul aylarında istehsal edilib

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə

01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı

Xam neft və təbii qaz hasilatı

Xam neft (qaz kondensatı daxil olmaqla), min ton

16 033,7

94,6

248,7

ondan əmtəəlik

15 996,9

94,6

248,7

Təbii qaz, milyon kub metr

29 246,1

99,3

ondan əmtəəlik

22 551,0

100,2