Ədliyyə Nazirliyinin işçilərinin maaşlarına əlavələr ediləcək

Nazirlər Kabineti cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitdən istifadə qaydasını təstiq edib.

“İcra məmurları haqqında” qanuna əsasən Ədliyyə Nazirliyinin Aparatının Probasiya xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərə tətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi Ədliyyə Nazirliyinin hesabına köçürülməsi müəyyən edilib.

Bu vəsaitdən istifadə qaydasını müəyyən etmək Nazirlər Kabinetinə həvalə edilib.

Qaydaya əsasən vəsaitin 50 faizi Ədliyyə Nazirliyinin Aparatının Probasiya Xidmətinin, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Aparatının Probasiya qurumunun və yerli probasiya qurumlarının işçilərinə hər ay əmək haqqına əlavələr formasında verilməklə istifadə ediləcək. Qalan vəsait isə Probasiya Xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə istifadə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir