Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırıldı

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli 2303 nömrəli Sərəncamında dəyişiklik edilib. 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırılıb. 

Belə ki, Baş nazirin müavini Şahin Mustafayev, Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov və energetika naziri Pərviz Şahbazov qərargaha üzv olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.