Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü

Baş nazir Əli Əsədov iyulun 6-da Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüşüb.

Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb.

Görüşdə səhiyyə sahəsində əməkdaşlıq və tibbi kadrların hazırlığı sahəsində əməkdaşlıq daxil olmaqla, Azərbaycan-Rusiya münasibətlərinin bütün istiqamətlər üzrə uğurlu inkişafı məmnunluqla qeyd edilib.

Həmçinin koronavirus pandemiyasına qarşı mübarizə məqsədilə hər iki ölkədə görülən tədbirlərə dair fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir