Əli Əsədov türkiyəli naziri qəbul etdi – FOTO

Bu gün Baş nazir Əli Əsədov Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirlinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub. 

Görüş zamanı Türkiyə ilə Azərbaycan arasında bitkiçilik, heyvandarlıq, aqrar sığorta sahəsində təcrübə mübadiləsi, aqrar sahədə təhsil, suyun idarə olunması, ətraf mühitin qorunması və inkişafı, yaşıl enerji və işğaldan azad olunmuş ərazilərin bərpası məsələləri müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir