Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edilib.

Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulanıb.

Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir