Əmək Məcəlləsində dəyişiklik edildi

Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.

Sənədlə Əmək Məcəlləsində “Respublika günü” sözləri “Müstəqillik Günü” sözləri ilə, “Dövlət müstəqilliyi günü” sözləri “Müstəqilliyin Bərpası Günü” sözləri ilə əvəz edilib.

Qeyd edək ki, mayın 28-i ölkədə Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü kimi qeyd ediləcək. Ötən aya qədər mayın 28-i ölkədə Respublika Günü, oktyabrın 18-i isə Dövlət Müstəqilliyi Günü kimi qeyd edilirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir