Ərdoğan: “Azərbaycan və digər dostlarımızın mənafelərini qorumağa çalışırıq”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Qarabağda otuz ildir biganə yanaşılan işğalın sonra çatmasına dəstək verdiyindən, Azərbaycanın zəfər qazanmasından bəhs edib.

Bu barədə o, Türkiyə Böyük Millət Məclisinin iclasındakı çıxışında danışıb.

Türkiyə lideri bildirib ki, Minsk qrupu (ATƏT) 30 ildir bu işi həll edə bilmədi və azərbaycanlı qardaşlarımız torpaqlarından ayrı qaldılar, köçkün oldular.

“Azərbaycanlı qardaşlarımız özləri qərar verdilər, öz problemlərini özləri həll edərək işğal altındakı torpaqlarını düşməndən azad etdilər.

Qonşularımız da daxil, heç kimin torpağında gözümüz yoxdur. Azərbaycan və digər dost dövlətlərin mənafelərini qorumağa çalışırıq”, – deyə Ərdoğan bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir