Ərdoğan Bakını işğalçılardan azad edən şəhidləri andı – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik işğalçılarından azad edilməsinin 103-cü ildönümü münasibəti ilə paylaşım edib.

“Dost və qardaş Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü ürəkdən təbrik edir, Qafqaz İslam Ordusu komandanı Nuri Paşanı və onun qəhrəman əsgərlərini rəhmətlə anıram”, – deyə o “Twitter” hesabında yazıb.

Türkiyə lideri Azərbaycan xalqına salamlarını və sevgisini göndərdiyini bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir