Ərdoğan: “İnşallah İğdırdan Azərbaycana yol çəkəcəyik”

Artıq Türkiyəyə qayıtmış ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səfərinin son günündə Türk Evində jurnalistlərlə bir araya gəlib.

O, çıxışında Cənubi Qafqazda cərəyan edən son proseslərə də toxunub.

Dövlət başçısı 44 günlük müharibə nəticəsində bölgədə nəqliyyat əlaqələrinin açılması, xüsusən də Türkiyə ilə Azərbaycan arasında yeni kommunikasiya infrastrukturunun yaradılmasından danışıb.

“İnşallah indi atdığımız addımlarla İğdırdan Azərbaycana yol çəkəcəyik. Bura dəmir yolu da daxildir. Bu yolun inşası çox əhəmiyyətli bir addım olacaq.

Bizim bölgə ilə bağlı beşlik və ya altılıq platforma kimi layihələrimiz də var. Hazırda Paşinyandan bu məsələ ilə bağlı müsbət siqnallar almaqdayıq. İndi bu müsbət siqnallarla birlikdə bu mövzuda bəzi addımlar atacağıq.

Başqa sözlə desəm, bölgəni sülh baxımından yeni bir mövqeyə daşımaq imkanımız olacaq. Ayın sonunda cənab Putinlə görüşümüzdə bütün bunlar, təbii ki, müzakirə mövzusu olacaq.

Beləliklə də, Türkiyə-Rusiya münasibətlərində daha güclü və fərqli bir dönəmə daxil olacağımıza ümid edirəm”, – deyə Ərdoğan bildirib.

Mənbə: TRT

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir