Ərdoğan türkdilli ölkələrin liderlərini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar arasında telefon danışığı baş tutub.

Bu barədə “Haber Global” məlumat yayıb.

Söhbət zamanı liderlər arasında qarşılıqlı yeni il təbrikləri olub.

Liderlərin telefon danışğında yeni ildə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi və regional məsələlərdə əməkdaşlığın gücləndirilməsində qərarlılıq vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir