Ərdoğan və Putin Ukrayna ətrafında baş verənləri telefonla müzakirə ediblər

Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən verilən məlumata görə, görüş zamanı Rusiya-Ukrayna münasibətləri müzakirə olunub.

Prezident Ərdoğan söhbət zamanı Rusiya prezidenti Putinlə regional məsələlərdə qurduğu yaxın dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini və bu anlaşmanı davam etdirmək əzmində olduğunu bildirib.

Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımları tanımadıqlarını və bunun prinsipial bir mövqe olduğunu bildirən prezident Ərdoğan, Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacib olduğunu dilə gətirib.

Problemin daha da mürəkkəbləşməsinin, xüsusilə də hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyini vurğulayan prezident Ərdoğan, bu anlayışla diplomatik təmas və danışıqların davam etdirilməsinə önəm verdiklərini, dünən olduğu kimi, Türkiyə gərginliyin azaldılması və sülhün qorunması üçün üzərinə düşəni etməyə hazır olduğunu bəyan edib.

Bu məsələnin dialoq yolu ilə həll edilməsi çağırışını təkrarlayan prezident Ərdoğan, diplomatiyanın önə çəkilməsinin faydalı olduğunu və NATO daxilində də konstruktiv mövqe tutduqlarını qeyd edib.

Prezident Ərdoğan sentyabrda Soçiyə səfəri zamanı razılaşdırıldığı kimi, Rusiya prezidenti Putinin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı üçün ən qısa zamanda Türkiyəyə səfərini gözlədiyini bildirib.

Mənbə: “Haber Global”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.