Deputat: “Səhiyyə Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına 16 proqram həyata keçirilir”

Siyasət

“Gələcəkdə bütün ölkə əhalisinə göstərilən tibbi xidmətlər icbari tibbi sığortanın hesabına qarşılanacaq”.

Ria24.az-nın məlumatına görə, bunu Milli Məclisin iclasında “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinin müzakirəsi zamanı MM-in Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, hazırda buna keçilməyib deyə həmin xidmətlər dövlət büdcəsi hesabına həyata keçirilir:

“Bu gün Səhiyyə Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına 16 proqram həyata keçirilir. Gələcəkdə bu xidmətlərin də icbari tibbi sığorta hesabına edilməsi nəzərdə tutulur”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir