Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla azərbaycanlı həmkarı Ceyhun Bayramov arasında telefon danışığı baş tutub.
Bu barədə “RİA Novosti” Rusiya XİN-ə istinadən məlumat yayıb.
XİN rəhbərlərinin telefon danışığında Dağlıq Qarabağla bağlı liderlərin üçtərəfli bəyanatının müddəalarının yerinə yetirilməsi məsələsi müzakirə olunub.