Putindən Rusiyanın Qarabağla bağlı mövqeyi barədə AÇIQLAMA

Siyasət

Rusiya Prezidenti Vladimir Putin rəsmi Moskvanın Dağlıq Qarabağ zonasındakı vəziyyətlə bağlı mövqeyindən danışıb.

Bu barədə o, illik mətbuat konfransı zamanı deyib.

“Rusiyanın mövqeyi həmişə belə olub ki, qan tökülmədən razılığa gələk. Bizim mövqeyimiz ATƏT-in Minsk qrupunda da belə olub”, – deyə Rusiya lideri bildirib.

O qeyd edib ki, Rusiya uzun illər ərzində Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılması mövqeyindən çıxış edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir