Ceyhun Bayramov ona diplomatik rütbə verdiyinə görə Prezidentə minnətdarlıq edib – FOTO

Siyasət


Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ona diplomatik rütbə verdiyinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

C. Bayramov bununla bağlı “Twitter” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Möhtərəm cənab Prezidentin Sərəncamı ilə mənim və həmkarlarımızın ali rütbələrlə təltif olunması Xarici İşlər Nazirliyinin fəaliyyətinə verilən yüksək dəyərin göstəricisidir. Bu diqqət və etimada görə cənab Prezidentə minnətdarıq!”.

 

www.RIA24.az