Prezidentin köməkçisindən ermənilərə xatırlatma – FOTO

Siyasət

“2017-ci ildə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi olarkən ermənilərin heç zaman yaşamadığı, işğal edilmiş Cəbrayılda hərbçilər üçün kilsənin qanunsuz tikintisi barədə bəyanat vermişdim”.

Bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında paylaşıb.

“Bildirdim ki, Azərbaycana aid olan hər şeyin təhqir edildiyi bir vəziyyətdə kilsə tikintisi xristianlığın əsas prinsiplərinə ziddir”, – deyə H.Hacıyev bildirib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir