Prezident İƏT-in Baş katibini “Dostluq” ordeni ilə təltif etdi

Siyasət

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Yusif bin Əhməd əl Osaymi “Dostluq” ordeni ilə təltif olunub.

O, Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə mükafatlandırılıb.

Prezident İlham Əliyev aprelin 8-də Bakıda Yusif bin Əhməd əl Osaymini qəbul edərkən “Dostluq” ordenini ona təqdim edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir