2021-ci ildə Azərbaycanın xarici siyasəti: Nazir prioritetləri AÇIQLADI

“Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası 2021-ci ildə də müstəqil, milli maraqlara söykənən xarici siyasətini davam etdirib”.

Oxu.Az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov 2021-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, 2021-ci ildə Azərbaycanın xarici siyasətinin prioritetləri sırasında çoxtərəfli və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi dayanıb.

XİN başçısı söyləyib ki, Azərbaycan koronavirus pandemiyasına qarşı qlobal mübarizədə də öndə gedir.

Nazirin sözlərinə görə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması da qarşıda duran vəzifələrdəndir.

“Yeni yaranmış reallıqlar əsasında Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa söykənməsini beynəlxalq təşkilatlara, digər dövlətlərə çatdırırıq. Bizim siyasətimiz regional sülh və təhlükəsizliyə töhfə verir”, – deyə nazir əlavə edib.

Aqşin Kərimov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir