Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası hökumətinin sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.
Bu barədə Oxu.Az-a Nazirlər Kabinetindən məlumat verilib.
Baş nazir Kazanda baş vermiş faciə nəticəsində insan tələfatı xəbərindən kədərləndiyini vurğulayıb.
Məktubda Rusiya hökumətinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, yaralananlara şəfa arzulanıb.
Qeyd edək ki, mayın 11-də Rusiyanın Kazan şəhərindəki təhsil müəssisəsinə silahlı hücum olub.
İnsident nəticəsində doqquz nəfər öldürülüb, 21 nəfər isə yaralanıb.
Hadisə ilə bağlı Tatarıstanda matəm elan olunub.