Ermənistanın çarəsiz yalvarışları cavabsız qaldı: İrəvana KTMT-dən ağır zərbə

Siyasət

Zəngəzurda yaranmış vəziyyətlə bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edən Ermənistan növbəti dəfə istədiyini ala bilməyib.

Ermənistan KİV-də yayılan KTMT Baş katibi Stanislav Zasın açıqlamaları bunu göstərib.

Belə ki, Baş katib ermənilərin gözlədiyi kimi rəsmi Bakıya qarşı fikirlər səsləndirmək əvəzinə qurumun vəziyyəti diqqətlə izlədiyini və Rusiyanın vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında danışıqların aparılmasını dəstəklədiyini bildirib.

Stanislav Zas həmçinin 10 noyabr bəyanatının yerinə yetirilməsinin alternativsiz olduğunu qeyd edib.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir