Əli Salim Əsəd: “Qərbə regionda kəskinləşmə sərf edir, ancaq İlham Əliyev çox müdrik insandır”

Siyasət

Cənubi Qafqazda və xüsusən də Azərbaycanın Qarabağ bölgəsində sabitlik Qərb üçün sərfəli deyil.

Bu barədə suriyalı siyasi və ictimai xadim, Suriyanın “Milli Birlik Hərəkatı” rəhbərliyinin üzvü Əli Səlim Əsəd  Caliber.Az-a müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, “qaynar nöqtə”lərin olduğu, yaxud yarana biləcəyi hər hansı bir postsovet ölkəsindəki qeyri-sabitlik Qərb tərəfindən Rusiyaya qarşı istifadə olunur.

“Rusiya Federasiyası ətrafındakı münaqişələr Qərbin hədəfidir”, – deyə politoloq izah edib.

Müsahibin fikrincə, əsas zərbə Azərbaycana və ya Ermənistana qarşı yönəlməyib, çünki münaqişənin həllinə kömək edən Rusiya idi və bunu hamı qəbul edir.

“Xüsusilə qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev çox müdrik insandır. O, bölgənin problemlərinin uzun müddətli həllinin Moskvasız ötüşməyəcəyini anlayır. Qərbə isə müharibələrin davam etməsi, kəskinləşməsi sərf edir”, – deyə Ə.S.Əsəd vurğulayıb.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir